تبلیغات
ائله بئله - Susən N.Rəzinin tərcümələri
ائله بئله
صفحه نخست       پست الکترونیک          تماس با ما              ATOM            طراح قالب
گروه طراحی قالب من گروه طراحی قالب من گروه طراحی قالب من گروه طراحی قالب من گروه طراحی قالب من

Dəyərli ustad ədəbiyyatçı, yazar, dramaturg, dil və qələm qayğısını könlündə daşıyan əziz Firuz Mustafa, şeirlərimi DOQQUZ.AZ, və Farscadan çevirdiyim güclü şairlərin şeirlərini PERSONA.AZ saytına təqdim eləyib, quzey ədəbiyyatına tanıtdırıbdır. 
Qulluğunuza təşəkkürlərimi təqdim eləyir, var olun deyirəm sizə, əziz Firuz Mustafa, min yaşayın sizi!

Qaynaq: http://persona.az/index.php/tercume/5013-sus%C9%99n-n-r%C9%99zinin-t%C9%99rc%C3%BCm%C9%99l%C9%99ri.html
Firuz MUSTAFANIN  təqdimatında
    Susən N.Rəzinin tərcümələri

     Susən Nəvadeye Rəzi, 1963-cü ildə Təbriz şəhərində anadan olmuşam. Aydın düşüncəli atam, kitab oxuyan anam və sinəsi folklor xəzinəsi olan hikmətli bir ənnəm (yəni atamın anası-nənəm) var idi. Birinci sinifdən farscadan əlavə, fransızca dərs aldım. İran inqılabının qarmaqarışıqlığına qurban gedən bir çox gəncimiz kimi, mən də yüksək təhsilata davam etməkdən məhrum qaldım. Ancaq öz- özümü eyitməkdən heç vaz geçməyib, doğma türkcəmizi kiril, latin və ərəb əlifbasıyla öyrənməyə qeyrət etdim. 1990-cı ildən şeirlərimi, köçürmələrimi,  qısa yazı və nağıllarımı yerəl dərgilərdə yaymağa başladım.  Ardıcıl olaraq hər gün türkcə- farsca və farsca- türkcə topladığım sözcüklər Azəri səhifə-də çap olundu. Quzey Azərbaycan dərgilər və qəzetlərindən bir çox yazı köçürüb çapa vermişəm. Üç kitabım yayımlanıbdır: “Şəlalələr şələsi”- şeir toplusu , “Arzuların yeni Gülşan bağı” - hekayə və şeirlər,   “Ənnəm`nən mən”- folkoyazı ( folklor ağırlıqlı xtirələr).
Bir sıra klassik və müasir fars yazarlarının əsərlərini Azərbaycan türkcəsinə çevirmişəm.
 
Susən N.Rəzi
 
 
TƏRCÜMƏLƏR
         Seyid Əli Salehi
 
1-
Suçlarımı sevirəm
Gördüyüm bütün yaxşı işlərimdən
Daha artıq sevirəm onları
Bilirsənmi nədən?
Onlar mənim ən gerçək seçimlərimdir.
 
2-
Mən birisini tanıram
Səhər liberaldır
Günortalar solçuluğa yönələr
Və axşam üstü
Dar- dütdək küçədən geçirkən
Dil- dodaq arasında
Yavaşca deyər: Bismillah…!
 
3-
Gec olur
Bir iş görməli
Yolu qar tutub
Bir iş görməli
Həmişəki kimi yel yoxdur
Hava ışıq ikən
Bu vecsiz qaranlıqdan geçməli
Gec olur
Mən yuxumda görmüşəm
Ayaq saxlamaq
Mütləq qaranlığın başlanışıdır
 
4-
Ölümü alçaldıb
Yaşamı sonsuzladırlar, sevənlər
Gözlərindən başqa heçnə danışmadan
 
Fəsillərin sınır ötəsində ölürlər
Izsis
Adsız fəsildə
Səssizcə, dodaqlarda mahnıya dönüşürlər
 
Aldıqları yaralardan ayaqdan düşmədən
Zirvədə qalır
Mələklərin yüksəlməsi ilə ayaqlaşır
Sevənlər ayaqda ölürlər
Sevənlər ayaqda ölürlər
 
5-
Bizi axtarırlar
Yanınızda nəyiniz var deyə soruşurlar
Biz yalnızca
Düşlərimizi gətirmişik yanımızca
Gizlətmirik
Çəmədanlarımız ağırdır
Amma biz yalnız
Düşlərimizi gətirmişik yanımızca
 
6-
Gözlərinlə sözüm var
Deyilməmiş bir çox şeyi demək istirəm sənə
Bahardan
Sənsizliyin küskünlüyündən
Həmişə yanıtsız qalan, gözlərimin məktublarından
 
Inanmırsanmı?
Bütün bu günlər
Gülüşünlə günəşliydi
Ancaq
Qucağıvın darğınlığı… buraxmır məni
Doğurdan
Sevmək dünyanın ən böyük dincliyidir.
 
7-
Sən olmayınca
Dünyanın
Nəyisə əksikdir
Mən belə düşünürəm ki,
Sənin yoxluğunda
Bütün evlər boşdurlar
Bütün pəncərələr bağlıdırlar
Deyən Cümaxşamının eyvanına çıxmağa
heçkimdə hövsələ yoxdur
 
doğurdan
sən olmayınca
Günəşin də,
Yola düşüb  dağ başına dırmaşmağa
Hövsələsi yoxdur
Amma duvarlar
Göylün istədiyi qədər ucadırlar
Ayaqda durublar
Işığın
Olub olmaması da veclərinə deyil
Kölgələri yoxdur
 
Mən elə bu gərçəkdən-in üzərində
Yalnızca bu gərçəkdən-in üzərində
Vurğulayıb durmalıydım
Vurğulayıb deməliydim:
Gərçəkdən
sən olmayınca
bir çoxları evdən çıxmır eşiyə
 
gərçəkdən sən olmayınca
mən də
yerüzünün bir tək dildəmsiz* olayıyam
gərçəkdən
sən olmayınca
bəlli başlıdır ki, sən yoxsan
 
*Dildəmsiz= səbəbsiz, dəlilsiz
 
      Əkbər Eksir
 
1-
Ananın südü, odökolon iyi verirdi
Atanın əlləri, içgi qoxuyurdu
(dedim, uşağam qanmıram həlbət)
Çörək nəft iyi verirdi
Yaşam pislik qoxuyurdu
(dedim, cavanam qanmıram həlbət)
Indisə, əməkli olmuşam
Hərnəmənə, hərnə iyi verir versin
Ancaq parklar qəbristanlıq
Yumurta pakatları kitab qoxumasınlar!
 
2-
Yerçəkimi
Şairləri başaşağa eləyibdir
Münəccimlərin tərsinə ki,
Hələ də dikbaşlıdırıar
Bütün almalar tökülüb
Niyoton isə
Vanet dalında yeralma satır
Ahaaaay teleskop bəy!
Axtardım yoxidi, axtarma yoxdur!
 
3-
Gerçəyi axtarma yolunda
Soqrat Şovkəran-a yetişdi
Məsih xaça mıxlandı
Bizdə
Nə şovkərana iştaha,
Nə də xaça mıxlanmağa taqət var
Yaxşısı budur həqiqət axtarmaq yerinə
Başımızı salıb öz işimizi görək!
   Fəxrəddin Əhmədi Səvadkuhi

Yuxunda mən 

 
Keşki yuxunda itib batam həmişəlik
Və kimsə məni tapmasın
Ambulans ilə götürməsinlər
Dəliliklə suçlamasınlar biləmi.
Yuxuvun elə bir yerində ki,
Kimsə məni güdməsin
Ya gözlərivi aça bilmədiyin bir yerində
Ayıqlığında ölərəm axı.
 
Yatasan
Mən də, kipriklərivin məftilləri önündə yatam.
Ayılam
Dolanam
Sigar çəkəm
Amma söz verirəm
Yuxuvun payızında
Sarı- qırmızı yarpaqlar
Şair eləsin biləmi.
Bütün yarpaqların üzərinə şeir yazacağam
Ağaca tikəcağam
Ki sən yuxuda yatasan
Və biləsən mən sənə baxarkən
Bir qucaq sevinc və tutquyla
Bir səbət duyulmayacaq xatirə ilə
Hələ də sevəllənirəm yuxunda.
 
Təki, ayılma!
Keşki ayı göyə mıxlayam, tərpəşməsin
Və mən öldüyüm anda sən yatmış olasan
Və mənim öldüyümə ayılasan.
Ya da
Yerin yörüngesinə bir dirək dayayam
Fırlanmasın deyə.
Beləcə həmişə gecə ola
Sən olasan
Ki, mən də olam.
 
Istirəm
Sənin yuxunda
Səninlə
Səndə olam
Həmişə mənə boylu olasan
Mən səndə yaşayam
Sigar külü ilə dolmuş yuxuvu süpürürəm
Yuxuvu təmizləyirəm
Kipriklərivi ürəyimin suyu ilə yuyuram
Tozuvu alıram
Ürəyimdə yetərincə,
Tanker dolusu qədər depoladığım
Göz yaşlarımla gözlərivi yuvuram.
Doğurdan
Yuxuvun harasına qədər
Icazəm var gedəm?
Bir bilsən
Nə qədər çalıb- çapdım yuxuva atılmaq üçün.
Sənə çatmaq üçün
Özümdən geçəcəyimi anladım
Özümü geçdim
Necə də özgür və boş olduğumu gördüm!
....Uçmağa nə çox iştiyaım var!
Ayağım yerə tutsaq olmadı
Yetər ki, göbəyivi yerdən kəsəsən
O zaman
Hər şey sənin üçündür
Sən isə, hammı üçün.
 
Özümdən geçdim
Fəsillərin dördyoluna yetişdim
Beşinci yolu seçincə
Sənə düşdüm.
Yuxunda
Yağış altında bəkləmək ıslağıyam.
Ay hələ var.
Göy
Heç bir azğın buludsuzun, dumdurudur
Ay!
Qal mən də qalım
Yarı yolda buraxma ay!
Bilirsənmi?
Gözqapaqların təpəşincə
Ürəyim üzülür.
Ürəyimin səsini
Eşitmirsənmi gahdan?
Ürəyimin Qiblənuması
Qarşında namaz qılmalı deyə, səni göstərdi
Azanını ürəyim söylədi
Gözyaşlarımla dəstamaz aldım
Sən, qutsallıq heykəlisən!
 
Yox! Yat hələ, sözüm qurtarmayıb.
Dörd fəsili də səndə qalmam gərək.
Yuxuvun payızı məni şair etməsi gərək.
Payız;
Yarpaqların birlikdə intihar etdikləri fəsil.
Gedirlər ki,
Bahar bir qucaq tomurcuqla gəlsin
Tomurcuqlar isə
Bir ovuc mahnı gətirsinlər.
Gözəl qoxulu ən vəhşi çiçəklər səndə cücərsin
Və mən onda bilməyim
Səndəyəm ya söz verilmiş behiştdə?
Bəlkə də behişt səndədir!
 
Fəqət qorxuram kiprik çalasan və...
Yoooooooooox
Ay! Bəs sən niyə?
Yox yox yox, getmə
Ay hara gedir?!
Getmə ay.
Dayan göyərmiş ay
Dayan deyim olanlardan, olmayanlardan
 
 
 Riza Bərahəni

Qurtuluş xutbəsi (Xotbeye payan)

 Biz vidalaşmanın uğursuz çağında qarşı-qarşıya durmuşuq
Bu isə, mənim bitiyimdir*
Büsbütün vidalaşmanın uğursuz çağında
Bütün ömrümün necə quş və quşbilimçilik bitikləri altından geçdiyini gör
Bitiklər isə
Beyt- beyt deyil
Gözlərimin unutqanlıq qucaqlarını içimdəki yaralarıma tökdüyü hər bir sınıq şəkilin
Misralarıyla geçirlər
Büsbütün ömrümü o yaşım boyalı suya, toprağa və yelə tamaşasına tapşırdım
Dünyanı başabaş yaşım rəngində gördüm
Gəmilərdən və insanlardan ayrılışımı birər- birər anımsayıram:
Biz hamımız vidalaşmanın uğursuz çağında qarşı qarşıya durmuşuq
Dünya xatınlarının adları lövhlərini
Kimsəyə görsətməmiş olsam bilə, köksümdə yazılı saxlamışam
Yalnız dünya bitdiyində başqa bir göydən enəcəklər
Yeni ulduzların altında aydınıaşacaqdır ki mən, hən, mən özümdən başqa kimsəni unutmamışam
Hər topluluğun xəyalının bucağında otursam da, açıq qucaqların profesiyonal öyrəncisiydim
Hər kimə daha dərin vursa yaranı, söylə ona vursun! Əlindən öpərəm mən
Bu yolçuluqdan amacım, qucağında tutulmağı yalnız qucağın özünü unutmaqla dəneədiyim quşu tanımaq idi
Acımasızmıydım? Özüməmi başqasınamı? Bilmirəm, ancaq açıq qucaqların köləsiydim.
Mənim qolum qırğıdan əsinlənər* həmişə, doyqum* gündüzdən, gecəm isə, sizin gündüzüzə, qola və qırğıya hakim etdiyiniz qaranlıqdan
Bir gün də adı bilinməyən bir tanrıça daldan qulağımı tutub çeynədi sonra çeynənmiş nəsə dedi, sonra itələdi biləmi
Uçmağının* alovunu görüncə
Uçmağı unudu verdiyim rəngli bir maralın naxışlarına sarı
Bir gün də tanrı- lap özü- aracı dolayısıyla deyil-
Dedi, məni sənlə qaranlıqda yalnız qoyubdur
Gedib başqa bir dünyanın tanrılığını üstələnibdir, çünkü mən adlı bir qulundan
Başabaş və büsbütün səksənmiş, umudunu kəsibmiş
Mən yaralarımı bəlləyimin* gözlərindən bilə gizli saxlamışam
Çünkü mənim iki bəlləyim vardır, bir bəllək yetərli olmayıb heç zaman biləmə
Bir bəllək bütün unutqanlıqdan, bir bəllək isə o bütün unutqanlıq anısı
Məndən ancaq bir önqol* və üç barmaq bir də iki yeşim renginde göz qalıb
Onları da qələmimin damusuna* təslim etmişəm
Zaniyə bir qadını öldürən özünün bic olduğunu bilmir
Tanrının icad edilməsindən min minillər öncə
Dünyalılar zinadan başqa bir iş etdilərmi görəsən?
Bütün o zanilər və zaniyələr iman gətirən deyildilermi?
Və dedilər varsa tanrı olsun, yoxsa ən azı hər kəsin xəyalında olması yaxşıdır
Mən damunun qarşısında əliqoltuq baş əyirəm
İstər adamların olsun, ya yomuşçuların*, ya da sən özün- mənə görə hər üçü bir sayılır
Mənim nə sayaq ona dalımı çevirdiyimi bilməyən biri, uçmağın dünyadaki ən çirkin torpaq olduğunu anlamaz
Niyə ki, boyun əymək, onu istəmək, məncilliyin* ən çirkini
Və yerinə gətirməsi, dünyanın ən yaman kiçimsəməsidir
Biz bu özgür midadın yoxsulluğunu yaldız yapraqdan* olan evrənin kandarıyla alver etmərik
Bu cıqqılı midadımla  dilin degilərini* uymamağa çağırdım
Uymadım başımı dik tutub qalxdım iki ayağım üzərində
İndi qal! Dalıda qal və gör necə geçdim bu körpüsüz körpüdən
Geçmək tutqusuyla, çünkü məndə geçmək tutqusu varıdı
Səndə isə, bu içiboş ilkəl gölcükdə qalmaq tutqusu
Daha yaxşı! Daha daha yaxşı ki, gedəndir gələcək və canlıdır
Bir gecənin minilliklərini arxamda bıraxmışam sənə dilcimənlik* edən saxta xəyali bağ ilə,
Onlar ki, öldüklərindən yüzminlərcə il öncə ölmüşdülər
İndi ömrümün başabaşı bu quşbilimçiliyə sarı geçir
Bu isə mənim bitytimdir
Qanadsız uçuram acımasız idim öncə özümə, ki sonra dünyaya,
Qanadsız uçuram bütün dünya bilsin ki mən yuxudan
Yarı oyaq yarı yuxulu birlikdə göz örtmüşəm
Evrənin, əskimiş bu evrənin alınyazısını, sənin başaracaqsız əllərinə tapşıran
Yük daşıyan eşşəklə xoş naxışlı başqaldıran bir maralın ayrımını bilmirmiş
Məni dünyanın gələceyinin gözəl quşları bu dillə bu zamana doğublar
Dünyanı açıq yaşım rəngində görən birisi dünyanı heç unutmayacaq
Dünya o açıq yaşım rengini unutsa bilə
Çünkü dünyanın alışqanlığıdır unutqanlıq ilkəsi, mənimsə alışdığım bu deyil
Çünkü insan unutmağa qarşıdır
Nədən bütün ayrılıqlarımı xatırlamayım?
Nədən ayrılıqlarımı gecə gündüz düşləməyim?
Və gənc ölülərimi nədən topraq altından çıxartmayım?
Və sümüklərini titrək dodaqlarımla nədən yumayım gözyaşlarla?
Niyə adlarının lövhlərini köksümdə oxunmamış buraxım?
Dünya bitincə, niyə ki, heçvaxt gecləşmiyəcək artıq
Bu tarixin boyundakı o kendir qırılınca
O ölülər insasal vəhy-in göyündən genə də yerə enəcəklər
Unutmadığım aydınlaşacaqdır
Açıq qucaqların profesiyonal öyrəncisiydim
Mən bu özgür midadın yoxsulluğunu
Və təcavüz məftillərinin arxasından tutsaq bir qadının gülümsəməsini
Yaldız yarpaqdan olan bu evrənin tümüylə alver etmərəm
İnsan ilk kəz sənin dodağından sənin yasandan deyil
Qadının dişindən dodağından eşitmişdi öz adını
Bax büsbütün ömrümcə hən büsbütün ömrümcə
Ki quş və quşbilimi bitiklerinin altında geçir
Yaralanmış xatunların adları lövhlərini köksümə yazmışam
Və bəllidir inancımı ədalətli birisinin tartısına* tapşırmış olsam
Dünyanın ən uzun ən aydın ən rəngli günü olacaq olan gündə
Neçə minillik gözləyişlərimizin döyüntüsünə daha da yaxınlaşan bir şeher
Baş qaldıran saçların göy qurşağının uca, özgür və dalğalı bayrağının altında yüksələcəkdir
Və varsıllığını yoxsulların gözlərinə səpəcəkdir
Və biz ərkəkləri tarixin bu neçə minillik qarabasmasının* caynağından qurtaracaqdır
Sən daldan bax gör bu körpüsüz körpüdən necə geçdiyimə
Bu degiydi* başlanqıcda, bu degidir indi bu degi olacaqdır sonda
Məndən yalnız bir önqol və üç barmaq və iki yaşım rəngində göz qalıbdır
Ki onları da damuya təslim eyləmişəm
Hərkim daha dərin vursa yaranı, denə vursun! Əlindən öpərəm
Biz hamımız vidalaşmanın uğursuz çağında qarşı qarşıya durmuşuq
Və bu, mənim bitiymdir
 
 
 
****
Xosrov Golesorxi
(İran şairi)
Hər zamandan daha yorğun
Sənin əllərində
Dünya
Yalançıqdır.
Gözün büsbütün dəmir
Ayağın təmamən quşqu
Əlin bütün kağız
Gördüyün bu yüksəlişli yarın
Bizim böyük ürəyimizdir.
Dəniz köksümdə axışmaqdadır
Qayığım şübhədən
Dalğaların hündürlüyündən, qamçı
Bütün fənərlər
Məndə sönərlər.
Güllər
Uzaydan asılı
Sürəkli ağlayırlar
Sənin saymazyana əlində
Bir biçimin ağırlığı var
Və göyərçinlərin kəədərli ürəkləri
Tuzaq anlarının sürtüşməsində
Şəffaf allıqla
Gözlərdəki mehrəbanlığı gözləyirlər.
Ayağın təmamən yorğun
əlin büsbütün bağlı
məndə şəlalələr cingiltisi yoxdur
sənin əllərində
yalançıqdır dünya.
 
 




نوع مطلب :
برچسب ها :
لینک های مرتبط :
          
جمعه 9 بهمن 1394
 
لبخندناراحتچشمک
نیشخندبغلسوال
قلبخجالتزبان
ماچتعجبعصبانی
عینکشیطانگریه
خندهقهقههخداحافظ
سبزقهرهورا
دستگلتفکر





صفحات جانبی
آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
امکانات جانبی