تبلیغات
ائله بئله - Bir hikayədir Təbriz
ائله بئله
صفحه نخست       پست الکترونیک          تماس با ما              ATOM            طراح قالب
گروه طراحی قالب من گروه طراحی قالب من گروه طراحی قالب من گروه طراحی قالب من گروه طراحی قالب من

Ədəbiyyat » Susən Nəvadeye Rəzi: "Bir hikayədir Təbriz"

http://doqquz.az/edebiyat/522-susen-nevadeye-rezi-bir-hikayedir-tebriz.html


Hörmətli yazıçımız Firuz Mustafa Doqquz.az saytına Güney Azərbaycanda yaşayan şairə Susən Nəvadeye Rəzinin bir neçə şeirini göndərib. Təbriz ətirli həmin şeirləri saytımızın oxucularına təqdim edirik;

Susən Nəvadeye Rəzi 1963-cü ildə Təbriz şəhərində anadan olmuşam. Aydın düşüncəli atam, kitab oxuyan anam və sinəsi folklor xəzinəsi olan hikmətli bir ənnəm (yəni atamın anası-nənəm) var idi. Birinci sinifdən farscadan əlavə, fransızca dərs aldım. İran inqilabının qarmaqarışıqlığına qurban gedən bir çox gəncimiz kimi, mən də yüksək təhsilata davam etməkdən məhrum qaldım. Ancaq öz- özümü eyitməkdən heç vaz geçməyib, doğma türkcəmizi kiril, latin və ərəb əlifbasıyla öyrənməyə qeyrət etdim. 1990-cı ildən şeirlərimi, köçürmələrimi, qısa yazı və nağıllarımı yerəl dərgilərdə yaymağa başladım. Ardıcıl olaraq hər gün türkcə- farsca və farsca- türkcə topladığım sözcüklər Azəri səhifədə çap olundu. Quzey Azərbaycan dərgilər və qəzetlərindən bir çox yazı köçürüb çapa vermişəm. Üç kitabım yayımlanıbdır: “Şəlalələr şələsi”- şeir toplusu , “Arzuların yeni Gülşan bağı” - hekayə və şeirlər, “Ənnəmnən mən”- folkoyazı ( folklor ağırlıqlı xtirələr).
Bir sıra klassik və müasir fars yazarlarının əsərlərini Azərbaycan türkcəsinə çevirmişəm.

Elə yağ ıslanmayım\ Susən N.Rəzi

Yarın
Təbrizin ətri bürüyəcək kitab- dəftərivi
Nanə- tərxun arıtmışam sərmişəm çəkədə
Sancaqla yuxumu yaxava
Elə məni də
Səni yatım səndə bu gecə.
Şeirlərinə bürgələ üşüməyim
Elə yağ ıslanmayım
Səs də salma
Təbriz,
Qucağında yuxlayıb keşməkeşlərin.

Cızıqlarda cınzırığı çıxan Təbrizin
Cızzzalara yelkən açan qızıyam.
Hər qışın sonu bahardır, bilirəm,
Hökmən qar- qırovlar əriyər
Ağaclar gül açar
Üzü qaralıq da kömürə qalar.

Gözlərim 
Yooooool çəkir xəritələrin Azərbaycanına
Dodaqlarımda
Bütün HERBİ BERƏ-nin qızıl gülləri murabbalanıb*
Baxışlarımı yollara
Yolları yuxularıma sırımışam dörd fəsildə
İndi, 
Beşinci fəsilin otuz beşinci günündə
Gözlə gözün var olsun! Deyə,
Hələ də gözləməkdəyəm
Dimdiklədi qulaqlarım səpdiyin bütün dənləri...

Sən şeirləşdirincə bu gəzini...\ Susən N.Rəzi

Ver xəyalıvın qanadını xəyalımın qanadına
Quşlaşaq.
Quşlaşıb, hər şeyə rəğmən
Zamansız Təbrizin göylərində uçaq;
Eynalı-dan vuraq, Şahgölü-dən çıxaq
Gülüstan bağı-nın ağaclarında oturaq
Ərk-ə baxaq
Göy məçid-ə qaş göz oynadaq
Vağzal-dan uçaq, qonaq Saman meydanı-na.
Dəvəçi bazarçasına yetişəndə
Yenə adamlaşaq
Üstü örtülü bazarları gəzək
Rasta- bə -rasta
Dalan- bə dalan...
İki qapılılar
Sandıqçıbazar
Pambıqçıbazar
Zərgərəbazar
Misgərəbazar
Yünçübazar
İpçibazar
Fərşçibazar
Dəlləzənxana
Başmaqçıbazar.......
Və o pinti cızbızçıda
Cızbız yeyib ayran içək, dincimizi alaq.
Və sən mənə şeirləşdirincə bu gəzini
Mən başdan ayağa qulaq olum sənin üçün.

Hanı?...
Hanı o gün?
Hanı o biz?
Hanı o Təbriz?
Hanılar qaldı gedib gəlməz yollarda...

Gəlməzsən,
Şeirlər yetim qalar
Almalar qara ləçək bağlar
Və yol çəkən gözlər
Qurudular Urmu gölünə tay...
Bax! Bir dilək tuturam;
Hər nar danası bir nar qızı olsun
Hər nar qızı bir həsrəti gedərsin
Hər həsrətin bitişi bir dilək gətirsin
Və bir axşam çağı
Saatqabağındakı meyvəsuyu satanda
Gedib nar suyu içək bizdən olan hər kimsənin sağlığına

Hanı o gün?
Hanı o biz?
Hanı o Təbriz?


Bir hikayədir TƏBRİZ\ Susən N.Rəzi

Baxdığın bu camın dalısındadır, Təbriz
Bir o qədər aşkar, bir o qədər gizlin
Bir az yorğundur
Bir az da üzgün
Bir az da üşüyür... sazaq var havasında

Bir hikayədir, Təbriz
Bir- bə- bir ağacların qulaqlarına pıçıldanacaq
Genə hammı yatacaq
Genə Cırtdan oyaq qalacaq
Genə devlər uduzub yoxa çıxacaq
Genə də
Ennəmin nağılları qazanacaq.

Bir hikayədir, Təbriz
Genə də tikan yığan yoxsul kişinin
Ağıllı qızı, şah evinə gəlin gedəcək
Genə güllər açacaq, bahar gələcək
Genə “Sitarə bəxti qarə”
Səbr edəcək
Səbir daşına yalvaracaq
Genə dözüm bərə bitirəcək, dözən aparacaq
Genə “Qara Bebi”nin yalanları bəllənəcək
Hamı “Nar qızları”nın məsumiyyətinə inanacaq
Və yerdən üç alma göyə uçacaq
Birisi ayın
Birisi günəşin
Birisi də bizim olacaq

Dara...
Dara hör sazaqlı yelin pırpız saçlarını
Gülü qonça dərməzlər...
Hör...
Sən saçın ucunu da hör
Hör...
Əllərindəki həyəcan
Tel-tel kaman çalsın duyqularımı
Şan- şan olub yanan ürəklər
Gülü qonça dərməzlər...

Dağ dağa kim deyir yetişməz?
Uzaqdan uzağa yaxınlaşırıq biz.
Səni
Qoşuq- qoşuq qoşmağım gəlir
Şeirin özünə dönüşməyim gəlir
Şairləşdirincə közlərin biləmi
Hör...
Sən saçın ucunu da hör
Gülü qonça dərməzlər...
Çal
Yaman çalacaqsan bu mahnını sən...

***
Sevmək\ Susən N.Rəzi

Yelə bel bağlamaq
Suya sarılmaq
Havanı həvəngdə döyməkdir
Bəlkə də sevmək.

Nəsələr var olmaqdan ötə
Nəsələr var ölməkdən ötə
Elə donuq- donuq baxma qadası!
Ümid;
Davam etməyə
ən yetərli dildəm deyilmi?!

"Dildəm= dəlil, məntiq

***
Ağaclar və mən\ Susən N.Rəzi

Heç darıxmırdıq
Nə şəhər
Nə də cib telefonum
Heçkimi də gözləmirdik
Nə bəlalı mən, nə də ziyalı Təbriz.
Soyundum seni
Səpdim şıltaq serçələr dənləsin
Küskünlüyümü, umduğum yerdən.
İndi,
Nə mən mənəm
Nə də bu şəhər şəhərdir;
Deyirəm keşki qar yağmasın bu il...
Təbrizə qar yağanda
Şairləşir bütün ağaclar
və mən

,***
Təqvimin sonu\ Susən N.Rəzi

Söylə,
Hansı saatda yaranmısan
Dörd fəsil gül açırsan
Xəyalımın bağçasında...
Zəhmət olmasa
Xəyalına buyur
Dolaşmasın biləmə
Bu fəsildən sonra
Heç bir fəsil gəlmiyəcək

***

Yaşıllaşma həvəsi\ Susən N.Rəzi

Səhər- səhər
Almalıqlara
Damcı- damcı damanda günəş
Qulağıvı daya dodaqlarıma
Yarpaqların yaşıllaşma həvəsini
Narın- narın
Pıçıldasın sənə.

Yel günəşi yerdən süpürəndə
Quşların şeirimə susuzlayan çağı
Səsim
Budaq- budaq
Cücərib göyərəcək ağaclarda...





نوع مطلب :
برچسب ها :
لینک های مرتبط :
          
چهارشنبه 7 بهمن 1394
 
لبخندناراحتچشمک
نیشخندبغلسوال
قلبخجالتزبان
ماچتعجبعصبانی
عینکشیطانگریه
خندهقهقههخداحافظ
سبزقهرهورا
دستگلتفکر





صفحات جانبی
آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
امکانات جانبی